Oyuna gəlmədilər, texniki məğlubiyyət aldılar

Oyuna gəlmədilər, texniki məğlubiyyət aldılar

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.
 
Sport7.az xəbər verir ki, komitə futzal liqaları ilə bağlı aşağıdakı qərarları qəbul edib.
 
04 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, "Araz” – "Xızı” matçının 19-cu dəqiqəsində "Xızı” klubunun 9 №-li futbolçusu Aydın Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
03 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "Baku Fans” – "Veqa” matçı baş tutmadığına görə "Veqa” klubuna 0:5 texniki məğlubiyyət verilib (maddə 50.3).
 
05 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "U-19” – "Standart” matçının 3-cü dəqiqəsində "Ulduz” klubunun 7 №-li futbolçusu Babək Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
05 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "Metropoliten” – "Star Karqo” matçının 18-ci dəqiqəsində "Metropoliten” klubunun 7 №-li futbolçusu Rüfət Cəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
Oyunun 22-ci dəqiqəsində "Star Karqo” klubunun 99 №-li futbolçusu Mahir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
06 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, "Star Karqo-2” – "Zülfüqar” matçının 26-cı dəqiqəsində "Zülfüqar” klubunun 7 №-li futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
06 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, "Baker Tilly” – "Altay” matçının 30-cu dəqiqəsində "Baker Tilly” klubunun 1 №-li futbolçusu İlqar Əbdülov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR