"Oyunun qırılma anı..." - "Sabah"ın məşqçisi

"Oyunun qırılma anı rəqibin azlıqda qalması idi”.

Sport7.az xəbər verir ki, bunu "Sabah"ın məşqçisi Ramin Quliyev deyib.

Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XII turunun "Səbail”lə səfərdə oyunu barədə fikirlərini matçsonrası mətbuat konfransında açıqlayıb. O bildirib ki, rəqibin azlıqda qalması ilə yanaşı, oyunçu dəyişikliyi də xeyirlərinə işləyib: "Üç xal qazandığımıza görə sevinirik”.

Quliyev Ulise Diallonun qol sevincini onunla qeyd etməsini belə izah edib: "Həftə ərzində Diallo ilə söhbət etmişdik, konkret epizodlarda onda özünə inanmalı olduğunu demişdim. Görünür, bu üzdən mənə tərəf qaçdı. Amma təbii ki, əvəzetmə mənim təşəbbüsüm deyildi, bütün qərarları baş məşqçi verir".

"Sabah"ın çalışdırıcısı uğursuz oyunlardan sonra qalib gəlməklə "qara zolaq"dan çıxacaqlarına inanır: "Əsas o deyil ki, bir oyun udub, o birində uduzasan. Əsas stabil nəticə əldə etməkdir. Ümid edirəm ki, bu qələbə ilə uğurlu oyunlar seriyası yaxalayacagıq". (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR