"Oyunun taleyini daha tez həll edə bilərdik" - "Ayaks"ın baş məşqçisi

"Ayaks"ın baş məşqçisi Erik ten Haq "Yuventus"la cavab görüşündən sonra oyunla bağlı fikirlərini bölüşüb.

Hollandiyalı mütəxəssisin sözlərinə görə, ilk hissə fiziki mübarizənin gərginliyi baxımından fərqlənsə də, ikinci yarıda tamamilə fərqli ssenari ortaya çıxıb:

"Bu oyun Madriddəkindən tamamilə fərqli idi. Oyunun əvvəlində meydanda gərgin fiziki mübarizə var idi.

Yaxşı təşkilatlanmışdıq, ancaq ilk növbədə "qasırğa"dan xilas olmalı idik. Oyunla bağlı heç bir şeyin alınmadığı çox az məqam var idi.

İkinci hissədə isə "Yuventus"un oyunu alınmadı və meydanda boş zonalar yaranmağa başladı. Beləcə, daha yaxşı futbol oynamaq imkanı əldə etdik. Nəticədə 3-4 təhlükəli epizod yarada bildik.

Oyunun taleyini daha tez həll edə bilərdik, ancaq elə alındı ki, qələbə qolunu vurmaq üçün standart vəziyyəti gözləmək lazım gəldi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR