"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Sport7.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq. Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final matçlarına qədər sıraya dönəcəyi gözlənilir.
"Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda "Turan Tovuz” - "Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.
Sport7.az