"Paltardəyişmə otağında fantastik atmosfer var idi" - Millimizə iki qol vuran futbolçu

"Hər oyuna ayrıca yanaşırıq. Əsas qələbə qazanmaqdır".

Sport7.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının futbolçusu Aleksandar Mitorviç Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib. 27 yaşlı hücumçu matçın psixoloji baxımdan gərgin keçdiyini bildirib: "Yaxşı ki, sonda 3 xalı qazanmağı bacardıq. Paltardəyişmə otağında fantastik atmosfer var idi. Əmin addınlarla irəliləyirik. Bununla kifayətlənməyəcəyik".

Vurduğu 2 qolla komandasına qələbə qazandıran İngiltərə "Fulhem"inin forvardı 10 gün ərzində 3 görüş keçirməyin asan olmadığını vurğulayıb: "Bakıya favorit kimi gəlmişdik. Belədə meydana daha rahat çıxırsan. Bəlkə də erkən qol vurmasaydıq, vəziyyət gərginləşərdi. Oyun yaxşı keçdi. Rəqib müdafiəsini yarmaq çox çətin idi. Amma əsas odur ki, öz işimizi gördük və evə 7 xalla qayıdırıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR