Panamadan ilk, baş məşqçidən araq açıqlaması

Panamadan ilk, baş məşqçidən araq açıqlaması
DÇ-2018-in debütantı Panama bu gün tarixində ilk yaşayacaq.

Sport7.az xəbər verir ki, dünya çempionatına ilk dəfə vəsiqə qazanmış Panama eyni qrupda olduğu Belçika, İngiltərə və Tunislə ilk dəfə qarşılaşacaq. 

Mərkəzi amerikalılar indiyə qədər hazırlıq matçları da daxil olmaqla bu yığmalarla heç vaxt qarşılaşmayıb. 

Bu gün saat 19.00-da Belçika ilə qarşılaşacaq Panama ikinci matçını ayın 24-də Tunisə, qrupdakı son oyununu isə iyunun 28-də İngiltərəyə qarşı keçirəcək. 

tarixi uğura imza ataraq DÇ-2018-ə vəsiqə qazanan bu yığma dünya reytinqində 55-ci pillədə yer alıb. 

2014-cü ildə komandanın başına keçən kolumbiyalı Ernan Dario Qomezin rəhbərliyi altında Panama Şimali, Mərkəzi Amerika və Karib seçmə mərhələlərinə 4-cü turdan başlayıb. 6 komandanın mübarizə apardığı qrupda Meksika, Honduras, ABŞ, Kosta-Rika və Trinidad və Tobaqo ilə qarşlaşan komanda bu matçlardan 3 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. Nəticədə 13 xalla qrup üçüncüsü olan yığma tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmağı bacardı.

Bu arada Panamanın baş məşqçisi maraqlı açıqlamlarla diqqət çəkib. 62 yaşlı Qomez Belçika ilə oyunöncəsi bunları söyləyib: "Futbolda hər şey olur. Bizim üçün uğurlu gün olsa, xal qazana bilərik. Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəm. Zarafat edirəm, biz peşəkarlarıq".

Belçika - Panama matçının start fiti bu gün Bakı vaxtı ilə saat 19:00-da səsləndiriləcək.

Sport7.az

Xəbər lenti