"Panatinaikos" "əjdaha" deyildi" - Emin Quliyev

"Qəbələ" yunan rəqibi "Panatinaikos"a Bakıda məğlub olaraq hamımızı üzüntüyə qərq etdi. Halbuki təmsilçimizin mərhələ adlamaq şansları heç də az deyildi. Düzdü səfərdə 0:1 məğlub olmuşdu. Amma bu dünənki oyuna qədər "Qəbələ"nin mrəhələ keçməyəcəyi anlamına gəlmirdi...

Komandanın çıxışı ilə bağlı mütəxəssis fikri öyrəndik. Gənc məşqçilərdən olan Emin Quliyev Sport7.aza açıqlamasında bunları söylədi:

"Oyundan əvvəl "Qəbələ"nin mərhələ adlayacağına inanırdım. Buna gücü çatardı. "Panatinaikos" keçilməz deyildi. Oyuna yaxşı başladılar. Bir hissə normal çıxış etdilər. Sadəcə qol vəziyyətləri yarada bilmirdilər. Hücuma gedirdilər, orda topu itirirdilər. Tamamalanma yox idi. İkinci qolu buraxandan sonra isə özlərindən getmişdilər. "Panatinaikos" meydanda istədiyini edirdi. 

Səhv etmirəmsə "Qəbələ"nin vurduğu qldan sonra hələ 35 dəqiqə vaxt var idi. 10 dəqiqə ərzində tempi aşağı salmalı, sakitləşməli, daha sonra irəli atılmalı idilər. Dərhal hücuma keçən kimi, boşluqlar yarandı. 

Buraxılan qolda müdafiəçilərin günahı o qədər də yox idi. Amma ümumilikdə səhv var idi. Hər halda səhv olmasa qol da buraxmazdılar. Amma burda təkcə müdafiəçilərin üzərinə düşmək lazım deyil. Ümumi komanda günahkardı. Hücumdan başlayır, sonda müdafiəyə gəlib çıxır. Bu müdafiəçinin səhvi deməkdi? Ümumi komandanın səhvi idi. 

Fikrimcə "Panatinaikos" "əjdaha" deyildi. Keçiləməli rəqib idi. İkinci hissədə "Qəbələ" daha yaxşı oynadı. Rəqibi sıxışdırıb qol vəziyyətləri yaradırdılar. Qol vurandan sonra dayandılar. Bilmirəm, ya gücləri çatmadı, ya özünəminlikləri itdi.

Yeni futbolçular komandaya tam uyğunlaşmayıblar. Demirəm ki, pis legionerlərdi. Normal oyun göstərdilər. Sadəcə, tam uyğunlaşmayıblar. İnşallah gələcəkdə uyğunlaşarlar. Uğurlar arzulayıram, görək nə edəcəklər".

Sport7.az

Xəbər lenti