"Panatinaikos"un kapitanı: "İlk dәfәdir ki, Azәrbaycanla bağlı bir şeyә rast gәlirәm"

Xəbər verdiyimiz kimi, dünən atılan püşkatmada UEFA Avropa Liqasının "play-off” mərhələsi üçün rəqiblər müəyyənləşdi. Sport7.az xəbər verir ki, püşkatmaya əsasən "Qəbələ” Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşacaq. 


"Panatinaikos” kapitanı Zekanın (Xose Karlos Qonçalves Rodrigez) müsahibәsini təqdim edirik:

- Avropa Liqasının "play-off" mәrhәlәsindә "Qәbәlә" ilә qarşılaşacaqsız. Püşk haqqında nә deyә bilәrsiz?

- Fikrimcә, hәr iki tәrәf üçün çәtin olacaq. Çünki bundan әvvәlki görüşdә onlar "Apollon"u mәğlub ediblәr. 3 qәlәbә qazanaraq bu mәrhәlәyә kimi çatıblar. Maraqlı qarşılaşmalar bizi gözlәyir.

- Hәr kәs sizi favorit sayır...

- Normaldır. "Panatinaikos" Avropada daim çıxış edәb klubdur. Biz Çempionlar Liqasının qrupunda oynamışıq. Amma kimin favorit olduğu meydanda bәlli olacaq.

- "Qәbәlә" ilk dәfәdir ki, Avropa Liqasının "play-off" mәrhәlәsindә oynayır. Amma sizin tәcrübәniz var. Bu sizә kömәk edәcәk?

- Bunu bilirәm. "Qәbәlә" ilk dәfә "play-off"a kimi gәlsә dә, yaxşı komandadır. Düzdür, tәcrübәni nәzәrә alsaq, üstünlük bizdәdir. Lakin, futbolda bәzәn tәcrübә dә işә yaramır.

- Püşkatma zamanı "Qәbәlә"ni arzulayırdız?

- Arzulamırdıq. Bizim üçün rәqibin fәrqi yox idi.

- Azәrbaycan haqqında nә bilirsiz?

- Heç nә. İlk dәfәdir ki, Azәrbaycanla bağlı bir şeyә rast gәlirәm.

- Bәs, Azәrbaycan çoxlu sayda braziliyalı futbolçu olduğundan xәbәriniz yoxdur?

- Bizim futbolçular bütün dünyada var. Hә Anderson Oliveyra ("Simurq"da çıxış edib) var. Bir zamanlar Azәrbaycanda oynayıb.

- Sizin komandada ulduz futbolçular Mixael Essien, Malden Petriç çıxış edir. Buna görә sizin indidәn mәrhәlә keçәcәyinizi demәk olar?

- Әlbәttә, onlar ulduzdurlar. Amma bu mәrhәlә keçәcәyimiz demәk deyil. Ümid edirәm ki, sizin dediyiniz kimi olacaq.

- Ötәn mәrhәlәdә "Qәbәlә" Kiprin "Apollon" klubu ilә qarşılaşmışdı vә hәr iki oyunda qalmaqal yaşanmışdı...

- Bundan xәbәrsizәm.

- Kipr dә yunanların yaşadığı әrazidir. İndi isә "Qәbәlә" әsl yunan klubu ilә üz-üzә gәlәcәk. Düşünmürsüz ki, eyni hal yaşanar?

- Yox. Ümid edirәm ki, hәr şey qaydalar çәrçivәsindә baş tutacaq.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR