Pandemiya dönəminin ilk çempionu məlum oldu

Pandemiya dönəminin ilk çempionu məlum oldu

Braziliyada Rio-de-Janeyro ştatının çempionatı - "Karioka” liqasında qalib müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, eyni zamanda bu pandemiya dövründə Cənubi Amerika zonasında çempionu müəyyənləşən ilk yarış kimi tarixə düşüb. Turnirin finalında ölkənin ən köklü iki klubu "Flamenqo” və "Fluminense” qarşılaşıb. Rəqib meydanında 2:1 hesablı qələbə qazanan "Flamenqo” futbolçuları cavab görüşündə qalib gəliblər. Görüşün taleyini Vitinyonun vurduğu qol həll edib. Bununla da "Flamenqo” tarixində 36-cı dəfə Rio-da-Janeyro ştatının çempionu olub. Klub bu nominasiyada rekordçudur.

Ötən ildən "Flamenqo”ya baş məşqçi təyin edilən Jorje Jesus kluba beşinci titulu qazandırıb. O, buna kimi komanda ilə ölkə daxilində Braziliya çempionluğunu və Super kubokunu əldə edib. Bundan başqa Libertadores kubokunda da qalib gələn "Flamenqo” Cənubi Amerikanın superkuboku tituluna da sahib çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR