PAOK-la "Zalsburq"dan qələbə, "Seltik"dən heç-heçə

PAOK-la
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Sport7.az xəbər verir ki, Tofiq Bəhramov adına Republika stadionunda BATE-yə minimal hesabla məğlub olan "Qarabağ"la yanaşı digər komandalar da meydana çıxıb. 3-cü təsnifat mərhələsinin ikinci oyun günündə meydana çıxanlardan PAOK Yunanıstanda Rusiya "Spartak"ını yenməyi bacarıb. "Zalsburq" isə Avstriyada Makedoniya "Şkendiya"sını darmadağın edib. Şotlandiyada "Seltik"lə Yunanıstan AEK-i isə heç-heçəyə razılaşıblar.
 
Cavab görüşləri avqustun 14-də baş tutacaq.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

7 avqust

18:00. "Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Mario Budimir, 39. Dani Olmo, 84

21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1
Qol: Stanislav Draqun, 36

21:15. "Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1
Qollar: Anders Kristiansen, 62 - Loik Neqo, 71

21:30. "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
Qollar: Yozef Quşbauer, 90+5 (penalti ilə) - Benjamin Verbiç, 82

22:00. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2
Qollar: Medhi Karsela, 67. Reno Emon, 90+4 - Klaas-Yan Huntelaar, 19. Duşan Tadiç, 34

22:00. "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1
Qollar: Əl-Fərdi ben Nabuhane, 23 (penalti ilə) - Erik Qrendel, 25

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0
Qol: Franko Servi, 69
 
8 avqust

21:00 "PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya) - 3:2
Qollar: Aleksandr Priyoviç, 29 (penalti ilə). Dimitris Limnios, 37. Dimitris Pelkas, 44 - İvelin Popov, 7. Kvinsi Promes, 17

21:00 "Zalstburq” (Avstriya) – "Şkendiya” (Makedoniya) - 3:0
Qollar: Munas Dabbur, 16; 45+3 (penalti ilə). Diadie Samasseku, 81 (penalti ilə)

22:45 "Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) - 1:1
Qollar: Kallum Makqreqor, 17 - Viktor Klonaridis, 44


Sport7.az

Xəbər lenti