Papure:

Papure: "Ona çox yaxşı karyera və bol qollar arzulayıram"

"Hesab yenə 3:2 olsa da, belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".
 
Sport7.az xəbər verir ki, bunu "Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis bildirib ki, oyundan narazı azarkeşlər səbirsiz olduqları qədər möhtəşəmdirlər: "Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək". 

Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb: "O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram". (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR