Para üzgüçümüz Londonda növbəti medalını qazandı

Para üzgüçümüz Londonda növbəti medalını qazandı

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının üzvü Roman Saleh bu günlərdə Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında ikinci medalını qazanıb.

Sport7.az xəbər verir ki, idmançımız üzgüçülüyün sərbəst (Freestyle) növündə yarışıb. O 50 metr məsafəni 24.32 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub.

Yarışda birinci yerə 23.53 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi İlya Yeremenko layiq görülüb. İkinci yeri isə Ukraynanın digər təmsilçisi 23.91 saniyəlik nəticə Yaroslav Denisenko qazanıb.

Bir neçə gün öncə Azərbaycan təmsilçisi bu yarışlarda üzgüçülüyün arxası üstə yarışlarında ikici yeri tutaraq "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR