Para-velosipedçimiz Hollandiyaya yollandı

Para-velosipedçimiz Hollandiyaya yollandı

Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, yarış sentyabrın 11-15-də Hollandiyanın Emmen şəhərində keçiriləcək. Dünya çempionatında Azərbaycanı Mehman Ramazanzadə təmsil edəcək.

İdmançımız yarışda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb. Xatırladaq ki, para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR