Para-velosipedçimiz ilk dəfə dünya çempionatında

Para-velosipedçimiz ilk dəfə dünya çempionatında

Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, yarış 11-15 sentyabr tarixləri arasında Hollandiyanın Emmen şəhərində baş tutacaq. Azərbaycanı Mehman Ramazanzadə təmsil edəcək.

İdmançımız artıq ötən gecə Hollandiyaya yola düşüb.

Para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR