Paracüdo üzrə Qran-Pri başlayır

Paracüdo üzrə Qran-Pri başlayır

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək.
 
Sport7.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edəcək. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

"Tokio 2020” 16-cı Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran Qran-Priyə sabah yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR