Paracüdo üzrə Qran-pri keçirilə bilər

Paracüdo üzrə Qran-pri keçirilə bilər

Cari ilin noyabr ayında Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər.

Sport7.az xəbər verir ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Təqvimə əsasən 13-19 noyabr 2020-ci il tarixlərində paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışların keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri "Tokio 2020”
 
Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.
 
Cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar bu gün dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR