Paracüdoçu qadınlarımız beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Paracüdoçu qadınlarımız beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplantısında iştirak edəcəklər.
 
Sport7.az xəbər verir ki, idmançılarımız qonşu ölkəyə 15 nəfərlik heyətlə baş məşqçi Ramin İbrahimovun rəhbərliyi altında yollanacaq. 22 – 29 yanvar 2020- ci il tarixlərində keçiriləcək beynəlxalq təlim-məşq toplantısında komandamızın iştirakına Neftçi İdman Klubu İctimai Birliyi dəstək verir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR