Paralimpiya Komitəsi fəaliyyət planını açıqladı

Paralimpiya Komitəsi fəaliyyət planını açıqladı

Milli Paralimpiya Komitəsi "Tokio-2020"nin təxirə salınmasından sonra görüləcək işləri açıqlayıb.
 
Sport7.az xəbər verir ki, komitə qarşıdakı fəaliyyət planı haqda məlumat verib.
 
Sözügedən məlumatları nəzərinizə çatdırırq:
 
"Məlum olduğu kimi Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ilə keçirilmişdir. Milli Paralimpiya Komitəsi tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançılarının hazırlıq formalarının yüksək səviyyədə saxlanması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili keçirilən tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplantılarının təşkili və Komitə ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişiklər edilmiş və bu barədə Komitə prezidenti tərəfindən müvafiq əmr imzalanmışdır.
 
Tədbirlər planınına əsasən:

1. 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlərin davam etdirilməsi.
2. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri evdə davam etdirməlisi.
3. Paralimpiya oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi.
4. Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi imkanlarının araşdırılması.
5. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplantılarının təşkil edilməsi. İdman növləri üzrə baş məşqçilərə, xüsusən paralimpiya oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilərə yeni təlim-məşq toplantılarının proqramının hazırlanması.
6. Mövcüd vəziyyətlə əlaqədar olaraq 12-13 may 2020-ci il tarixlərində keçirilməsi təxirə salınan "IBSA JUDO GRAND PRIX BAKU 2020” və ölkə daxili digər yarışların keçiriləcək yeni tarixlərinin müəyyən edilməsi.
7. Yaponiyanın Şika şəhərində 10 – 18 avqust 2020-ci il tarixlərində Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün təlim-məşq toplantısının yeni tarixlərinin müəyyən edilməsi.
8. Yeni tədbirlər planına uyğun olaraq maliyyə proqramı dəqiqləşdirilməsi.
9. Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq beynəlxalq idman federasiyaları ilə işlərin əlaqələndirilməsi, qurulmuş beynəlxalq əlaqələrin saxlanılması və yeni əlaqələrin qurulması".

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da fikirlərini bildirib: "Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birlərinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi barədə verdiyi tapşırıqlara əsasən hökümət bütün lazımi tədbirləri görür. Bizim işimiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, oyunlara hazırlıq imkanlarını artırmaq və paralimpiya oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR