Paralimpiya Komitəsinin prezidenti baş məşqçilərlə görüşdü

Paralimpiya Komitəsinin prezidenti baş məşqçilərlə görüşdü

Bu gün Milli Paralimpiya Komitəsində (MPK) iclas keçirilmişdir.

Sport7.az xəbər verir ki, komitənin prezidenti İlqar Rəhimov Paralimpiya oyunlarında təmsil olunmaları ehtimal edilən idman növləri üzrə baş məşqçiləri ilə görüş keçirmişdir.
 
Görüşdə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2020-ci il üçün strateji fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmiş, idman növləri üzrə baş məşqçilər məlumatları vermişlər. MPK prezidenti İlqar Rəhimov baş məşqçilərdən idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanmış və müvafiq tapşırıqlar vermişdir.
 
İdmançılarımız bu günə qədər "Tokio 2020”-yə 7 lisenziya qazanıblar. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. "Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 7 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır.

Görüşdə MPK-nin vitse prezidenti İlham Zəkiyev və baş katib Kamal Məmmədov iştirak edirdilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR