Paralimpiyaçılarımız Qran-Priyə Antalyada hazırlaşacaqlar

Paralimpiyaçılarımız Qran-Priyə Antalyada hazırlaşacaqlar

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası Antalyada təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yola düşüb.
 
Sport7.az xəbər verir ki, bu haqda komitə rəsmi məlumat yayıb. Martın 13-dək davam edəcək hazırlıq prosesində baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 20 atlet iştirak edəcək.

Təlim-məş qtoplanışı martın 14-21-də Tunisdə keçiriləcək para-atletika idman növü üzrə Qran-Priyə hazırlıq xarakteri daşıyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR