Paralimpiyaçılarımızdan 10 medal

Paralimpiyaçılarımızdan 10 medal

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında fərdi yarışlar başa çatmışdır. 

Sport7.az xəbər verir ki, idmançılarımız bu yarışda 10 medal qazanıb (1 qızıl, 4 gümüş, 5 bürünc). Fərdi yarışlarda milli komandamız medalların sayına görə ikinci, medalların əyarına görə isə 4-cü yerə layiq görülüb.

Beləliklə, -63 kg çəkidə dərəcəsində Xanım Hüseynova qızıl, +100 kg çəki dərəcəsində İlham Zəkiyev , -66 kg çəki dərəcəsində Bayram Mustafayev , +70 kg çəki dərəcəsində Dürsədəf Kərimova , -57 kg çəki dərəcəsində Sevda Vəliyeva gümüş medal qazanıb.

-100 kg çəki dərəcəsində Kənan Abdullaxanlı , -81 kg çəki dərəcəsində Hüseyn Rəhmli , -66 kg çəki dərəcəsində Namiq Abbaslı , -73 kg çəki dərəcəsində Ramil Qasımov və -52 kg çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR