Paralimpiyaçımız Dubayda hazırlıq keçəcək

Paralimpiyaçımız Dubayda hazırlıq keçəcək

Azərbaycanın qış idman növləri üzrə paralimpiya yığma komandasının üzvləri təlim-məşq toplantısına yola düşüblər.
 
Sport7.az xəbər verir ki, təlim-məşq toplanışı 28 oktyabr - 4 noyabr tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Snoubordçu Aytac Qasımova baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi ilə Dubay şəhərində olan qış idman növləri üzrə xüsisi kompleksdə təlim keçəcək. Təlimin məqsədi idmançımızın hazırlıq səviyyəsini artırmaqdı.

İdmançımız Qış İdman Federasiyası və Şahdağ Dağ Turizm Kompleksinin dəstəyi ilə təlim-məşq toplantısına yola düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR