Paraqvaylı futbolçu: “Qarabağ Azərbaycandır!”

Paraqvaylı futbolçu: “Qarabağ Azərbaycandır!”

"Keşlə" klubunun futbolçusu Sezar Meza Kolli cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək verib.
 
Sport7.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi "Report"a açıqlamasında Dağlıq Qarabağın ölkəmizin tarixi ərazisi olduğunu bildirib.
 
3-cü dəfə Bakı klubuna qayıdan 29 yaşlı pleymeyker ermənilərin Gəncə terrorunu pisləyib:
 
"Mən yaxşı bilirəm ki, Azərbaycanın torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Eyni zamanda Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından xəbərim var. Onlar torpaqların işğaldan azad olunması üçün qəhrəmanlıq göstərirlər. Ermənistanın təxribatına son qoyulmalıdır. Qarabağ Azərbaycandır!".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR