Paşayev

Paşayev "fərqlədi", komandası qələbə qazandı

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.

Doğma meydanda "Vorskla” ilə qarşılaşan futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0. Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 17-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Aleksandriya” 17 turdan sonra 30 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR