Paskal Siakam:

Paskal Siakam: "Atam üçün oynayıram"

"Toronto"nun forvardı Paskal Siakam NBA final seriyasının "Qolden Steyt"lə oynanılan ilk matçından (118:109) sonra maraqlı açıqlaması ilə diqqət çəkib.

Kamerunlu basketbolçu dünyasını dəyişən atasına görə oynadığını bildirib:

"Atam üçün oynayıram. Meydançaya çıxıram və nə olursa olsun, həyəcanlanmıram. Həmişə öz-özümə deyirəm: "O, səninlə fəxr edir". Kaş bu sözləri atamdan eşidərdim. Basketboldan daha böyük olan bir şey üçün oynayıram".

Qeyd edək ki, Siakam "Qolden Steyt"lə görüşdə 32 xalla komandasının qələbəsində əsas pay sahibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR