Pau Qazol Olimpiadadan sonra NBA karyerasını davam etdirmək istəyir

Pau Qazol Olimpiadadan sonra NBA karyerasını davam etdirmək istəyir

2020-ci il Yay Olimpiya Oyunlarında iştirak etməyi planlaşdıran Pau Qazol turnirin ardınca NBA-ya qayıtmağı planlaşdırır.

İspan basketbolçu ESPN-ə açıqlamasında, parketə qayıtmaq üçün bütün diqqətini zədəsinə yönəltdiyini bildirib. Eyni zamanda, o, karyerasını bitirmək variantını da istisna etməyib:

"Hazırda zədəmi sağaltmaqla məşğulam. Rehabilitasiya kursundan keçirəm və yenidən oynaya bilmək üçün bütün diqqətimi ayağımın bərpa prosesinə yönəltmişəm.

Bilmək olmaz, karyeramı bitirə də bilərəm. Zədəmi nəzərə alsaq, bu ehtimalı istisna etmək olmaz. Artıq gənc deyiləm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR