Pavel Mamayev və Aleksandr Kokorin həbs olundu

Pavel Mamayev və Aleksandr Kokorin həbs olundu
Moskvanın Tver məhkəməsi xuliqanlıqda şübhəli bilinən "Zenit" və "Krasnodar"ın futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev barəsində hökm çıxarıb.

Sport7.az xəbər verir ki, məhkəmənin qərarı ilə Kokorin və Mamayev barəsində dekabrın 8-dək təqribən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, hər iki futbolçu bugünlərdə sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli bilinir.

Xuliqanlıqda ittiham edilən futbolçular dünənki məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib.

Dekabrın 8-dək olan müddətə tərəflər barışıq əldə etməsələr, futboçular barədə 7 ilədək həbs cəzasının çıxarılacağı istisna edilmir.

 
Sport7.az

Xəbər lenti