Pavel Paşayev: "Rəqibi təhlil etmişik"

Pavel Paşayev:
"Rəqibi təhlil etmişik. Yaxşı, mütəşəkkil və taktiki cəhətdən hazırlıqlı komandadır".

Sport7.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Pavel Paşayev səfərdə Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 

30 yaşlı yarımmüdafiəçi bildirib ki, sabah daha yaxşı çıxış etməyə və qalib gəlməyə çalışacaqlar.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 
 
Sport7.az

Xəbər lenti