Paytaxt duelində

Paytaxt duelində "Neftçi" sevindi

"Neftçi-2” ilə "Sabah"ın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində yoxlama matçında qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda "Neftçi"nin əvəzediciləri 3:1 hesablı qələbə qazanıb. Meydan sahiblərindən Nazim Bağırov (25-ci dəqiqə), Nihad Qurbanlı (68-ci dəqiqə) və Elcan Əbilov (90+1-ci dəqiqə) fərqləniblər. "Sabah-2"nin yeganə qolunu isə 9-cu dəqiqədə Kamran Quliyev rəqib qapısından keçirib.

Yanvarın 11-dən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan "Neftçi-2” ayın 15-də "Keşlə-2”, 22-də isə "Sumqayıt-2” ilə qarşılaşıb və hər iki matç 1:1 hesabı ilə nəticələnib. Əvəzedicilərin daha bir yoxlama oyunu keçirməsi planlaşdırılır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR