Paytaxt klubunda ciddi itki

Paytaxt klubunda ciddi itki

"Roma"nın futbolçusu Stefan El Şaaravi zədələnib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu "Sassuolo" ilə matçın (2:2) 74-cü dəqiqəsində sıradan çıxıb. Müayinə nəticəsində onun bud əzələsinin zədələndiyi müəyyənləşib. İtaliyalı oyunçu Avropa Liqasının 1/4 finalında "Ayaks"la səfər görüşünü buraxacaq.

Aprelin 8-də keçiriləcək "Ayaks" - "Roma" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR