Paytaxt klubundan AFFA-ya kütləvi şikayət - ÖZƏL

Paytaxt klubundan AFFA-ya kütləvi şikayət - ÖZƏL

"Rəvan”ın Futbol Akademiyasında işlər heç də yolunda getmir.  

Sport7.az xəbər verir ki, "sarı-qırmızılar”ın 19 yaşadək  futbolçulardan ibarət komandasının  baş məşqçisi Fizuli Məmmədovun gedişindən sonra işlər daha da qarışıb.

Belə ki, U-19 Liqasının son çempionun üzvləri baş məşqçilərinin gedişindən sonra komandada qalmaq istəmir. Sport7.az-ın əldə etdiyi özəl məlumata görə, elə bu səbəbdən də, futbolçular komandada getmək, məlum durumdan şikayət etmək üçün AFFA-nın inzibati binasına üz tutublar. 
Məsələ burasındadı ki, ölkəmizi Gənclər Liqasında təmsil edəcək "aslanlar”ın bu yarışda uduzacağı halda komandanın buraxılma ehtimalı daha yüksəkdi. Buna görə də, heç kim sözügedən yarışdan sonra klubsuz qalmamaq üçün assosiasiya müraciət ediblər. 

İş burasındadı ki, bizə verilən məlumata görə, növbəti mövsümdə U-19 Liqasında "Rəvan”ın komandası olmayacaq. Futbolçuların artıq indidən özlərinə yeni iş yeri axtardığı da deyilir. Ümumilikdə isə paytaxt təmsilçisinin fəaliyyətini dayandıracağı gözlənilir. Buna isə klubun sponsoru olan "Nurgün” Şirkətlər Qrupunun üzləşdiyi maliyyə sıxıntısı səbəb göstərilir.  

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR