Pele:

Pele: "Ən yaxşı futbolçu mənəm, çünki..."

Braziliyalı əfsanə Pele müasir futbolda ən yaxşı oyunçunun kim olduğunu açıqlayıb.
 
Sport7.az xəbər verir ki, bu haqda qatıldığı bir "yutub" proqramında danışıb. 79 yaşlı veteran futbolçu "Bu gün dünyanın ən yaxşı futbolçusu Kristiano Ronaldodu, amma Messini də unutmaq olmaz" deyib. 
 
Futbol tarixinin ən yaxşısı kimi göstərilən Pele özü ilə bağlı sualı da cavablandırıb. O "Cavabı çox çətin olan bir sualdı. Ziko, Ronaldinyo, Ronaldo unudulmaz futbolçulardı. Avropada Bekenbauer, Kroyf kimi futbolçular vardı. Ancaq məncə ən yaxşısı Pele idi. Niyə? Çünki hamı mənimlə müqayisə edilir. Bu mənim səhvim deyil. 
 
Pele Braziliya millisi ilə 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR