Pele: "Necə olur ki, onu mənimlə müqayisə edə bilirsiz?"

Pele:
Dünya futbolunun əfsanəsi Pelenin son şərhləri Lionel Messi tərəfdarlarını qıcıqlandırıb.
 
Sport7.az xəbər verir ki, Braziliyada yayımlanan "Folha de Sao Paulo" qəzetinin əməkdaşının suallarını cavablandıran 78 yaşlı veteran futbolçu, Messinin ən yaxşı futbolçu olması yönündəki ifadələrə qarşı çıxıb.
 
"Sadəcə sol ayağından istifadə edə bilən və başla yaxşı oynamayan bir oyunçunu necə olur ki, hər iki ayağından istifadə edə bilən və başla yaxşı oynayan biri ilə müqayisə edə bilirsiz?" deyən Pele, Messinin onunla müqayisəyə gəlmədiyini söyləyib. 
 
Braziliyalı əfsanə məşhur argentinalı Dieqo Armando Maradonanın Messidən çox yaxşı futbolçu olduğunu ifadə edib.
 
Sport7.az

Xəbər lenti