Penaltini vura bilmədilər, ölümlə hədələndilər

Penaltini vura bilmədilər, ölümlə hədələndilər
DÇ-2018-in 1/8 final mərhələsində İngiltərə yığmasına penaltilər seriyasında uduzan Kolumbiyalı futbolçular ölümlə hədələnib.
 
Sport7.az xəbər verir ki, 4:3 hesabı ilə ingilislərin xeyrinə bitən penaltilər seriyasının ardından qapını dəqiq nişan ala bilməyən Karlos Bakka və Mateus Uribeyə sosial şəbəkələrdən təhdid dolu mesajlar "yağıb".
 
İstifadəçilər həmin oyunçulara ölüm arzulayıb və ölkəyə geri dönməmək barədə xəbərdarlıq ediblər. Polis futbolçuları kimin təhdid etdiyini öyrənmək üçün araşdırmalara başlayıb.
 
Sport7.az

Xəbər lenti