Pərdisdən 25-ci, Adriandan 15-ci qol

Pərdisdən 25-ci, Adriandan 15-ci qol
Topaz Premyer Liqasının XIX turunun "Neftçi” ilə qarşılaşmasında "Keşlə”nin qollarına imza atan futbolçular yubiley müəllifi olublar.
 
Sport7.az xəbər verir ki, Pərdis Fərcad-Azad Azərbaycan çempionatlarında özünün 25-ci qoluna sevinib. O, bu rəqəmə 125-ci matçında çatıb.
 
Pərdis 25 qoldan 3-nü "Keşlə”də, 22-ni "Sumqayıt”da vurub. Onun komanda yoldaşı Adrian Skarlatake isə 15-ci dəfə qol sevinci yaşayıb. 132-ci matçını keçirən rumıniyalı indiki klubunda 4, "Xəzər Lənkəran”da 11 dəfə fərqlənib.

Qeyd edək ki, "Neftçi” – "Keşlə” oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.
 
Sport7.az

Xəbər lenti