Perez İspaniyaya qayıdır

Perez İspaniyaya qayıdır

"Racing Point" komandasının sürücüsü Serxio Perez bu həftəsonu keçiriləcək İspaniya yarışında yenidən sükan arxasına qayıdacaq.
 
Sport7.az xəbər verir ki, meksikalı pilot Britaniya Qran-Prisindən əvvəl koronavirusa yoluxmuş və Silverstounda ardıcıl keçirilmiş yarışlarda iştirak edə bilməmişdi. Bu dövrdə Perezi sabiq komanda yoldaşı Niko Hülkenberq əvəz etmişdi və yubiley yarışında 7-ci yeri tutmuşdu.

"Racing Point" komandası Niko Hülkenberqi də hər ehtimala qarşı İspaniyaya gətirmişdi, amma Perezin koronavirus testi neqativ çıxdığı üçün almaniyalı sürücü evinə qayıtmalı olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR