Perez yenidən İngiltərə Premyer Liqasında

Perez yenidən İngiltərə Premyer Liqasında
"Vest Hem" 29 yaşlı Lukas Perezlə 3 illik müqavilə imzaladığını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, İngiltərə mətbuatı Perezin 10 milyon funt-sterlinq qarşılığında ingilis klubuna transfer olduğöunu bildirir.
 
Perez "Arsenal"la yanaşı İspaniyada "Rayo Valyekano", "Deportivo", Ukraynada "Karpatı" və Yunanıstanda PAOK-un formasını geyib.
 
Ötən mövsüm icarə əsasında top qovduğu "Deportivo"da 37 matça çıxan futbolçu 9 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti