PFL-dən Premyer Liqanın bərpası ilə bağlı maraqlı paylaşım - FOTO

PFL-dən Premyer Liqanın bərpası ilə bağlı maraqlı paylaşım - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərərgah Azərbaycanda idman yarışlarının keçirilməsinə icazə verəndən sonra təbii ki, futbol ictimaiyyətinin gözü AFFA və Peşəkar Futbol Liqasına yönəldi.
 
Sport7.az xəbər verir ki, qərarlardan sonra AFFA-nın İcraiyə Komitəsi də dərhal yığışıb futbol məsələləri ilə bağlı qərarları ictimaiyyətə açıqladı. Şübhəsiz Azərbaycan Premyer Liqasının başlama vaxtı müəyyənləşdiyindən futbol ictimaiyyəti sevinc içindədi. Ölkədə futbolun bərpa olunmasına ən çox sevinən tərəf isə təbii ki, Peşəkar Futbol Liqasıdı.
 
Bu səbəbdən qurumun mətbuat xidməti "feysbuk" səhifəsində maraqlı paylaşım edib. Qurumun paylaşdığı foto çox maraqla qarşılanıb.
 
Bugündən etibarən komandaların məşqlərinə icazə verilib. Azərbaycan Premyer Liqası və ölkə kubokunun oyunları isə iyunun 21-də, bərpa olunacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək. Bununla yanaşı komandaların "COVİD-19" testindən keçirilməsi də klubların qarşısına şərt kimi qoyulub.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR