Peşəkar idmançımız "Qarabağ"a dəstək üçün Poltavada

Peşəkar idmançımız
Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün "Qarabağ" Ukraynada "Vorskla"nın qonağı olacaq. 
 
Sport7.az xəbər verir ki, Azərbaycan çempionunu Poltavada baş tutacaq görüşdə xeyli sayda azarkeşin izləyəcəyi gözlənilir. Onların arasında azərbaycanlı idmançı Fariz Məmmədov da var. 
 
Ölkəmizin tanınmış peşəkar boksçularından olan Məmmədov da "Qarabağ"ı canlı şəkildə dəstəkləmək üçün məhz poltavaya yollanıb.
 
Sport7.az

Xəbər lenti