"Pey-off" matçı öncəsi dava-qırğın - FOTOLAR

Türkiyədə 2-ci liqanın "Play-off" matçı öncəsi böyük olaylar yaşanıb.
 
Sport7.az xəbər verir ki, "Menemen Belediyespor" və "Keçiörengücü" qarşılaşmasından öncə isinmə hərəkətləri zamanı hər iki komandanın futbolçuları bir-birinə hücum edib. Meydançanın özlərinə aid olan hissəsində isinən futbolçular arasında yaşanan sözlü mübahisə bir anda fiziki müdaxiləyə çevrilib və tərəflər yumruq-təpiklə bir-birinə "girib". Hər şey isə "Keçiörəngücü"ndən Yakup və "Menemen Belediyespor"dan Murat adlı futbolçunun mübahisəsi ilə başlayıb. 
 
Sonradan meydançaya azarkeçşlərin də axışması ilə gərginlik daha da artıb. Belədə hadisələrə çevik qüvvət qrupları bibər qazı ilə müdaxilə edib. "Keçiörəngücü"nün futbolçuları onlara hücum edən azarkeşləri çomaqla uzaqlaşdırmağa çalışıb. Asayiş keşikçilərinin çalışması nəticəsində dava sona yetib, amma azarkeşlərdən birinin qolunun qırıldığı məlum olub. Dava əsnasında meydana yad əşyalar da atılıb. 
 













 

Sport7.az

Xəbər lenti