PFL-dən daha bir maraqlı addım

PFL-dən daha bir maraqlı addım

Peşəkar Futbol Liqasının əməkdaşları daha bir yeniliklə diqqətləri üzərlərinə çəkiblər.

Sport7.az xəbər verir ki, PFL-in rəsmi saytı azarkeşləri sevindirib.

Bu gün I divizionun XV turu çərçivəsində keçirilən "Neftçi-2” və "Kəpəz” komandaları arasındakı qarşılaşma PFL-in rəsmi saytı vasitəsiylə HD formatında canlı yayımlanır.
 
Xeyli vaxtdı ki, "CBC Sport” dizionun qarşılaşmalarını ekranlara gətirmirdi. Bu da azarkeşlərin haqlı narazılığına səbəb olur.

Xatırladaq ki, Peşəkar Futbol Liqası klublarımızın Antalyadakı hazırlığı zamanı keçirdiyi yoxlama görüşlərindən də canlı yayımlar təşkil etməklə diqqət çəkmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR