PFL-dən mühüm dəyişiklik

PFL-dən mühüm dəyişiklik
Dünən keçirilən "Qarabağ” – "Kəpəz” qarşılaşmasında vurulan qolun müəllifi dəyişdirilib.

Sport7.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında aşağıdakı məzmunda məlumat yerləşdirilib:

"Topaz Premyer Liqasının XVII turunun "Qarabağ” – "Kəpəz” matçının protokolunda dəyişiklik edilib. Oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb”. 

Hazırda Mahir Mədətovun aktivində 8 qol var və o çempionatın ən yaxşı qolçusu Baqali Dabodan sonra ikincidir. Dabonun qollarının sayı 11-dir.

Sport7.az
 

Xəbər lenti