"Qarabağ" əsasnaməni pozub - PFL açıqladı

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la səfər matçında əsasnaməni pozub.

Bu barədə "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Abbasov Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin oyun formasındakı yazının qaydalara zidd olduğunu vurğulayıb: "Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun və I Divizionun Əsasnaməsində də qeyd olunduğu kimi futbolçu futbolkaları Azərbaycan əlifbasından istifadə etməklə yazılmalıdır. Yəni əlifbamızdan kənara çıxmaq olmaz. Matic və ya Matiç kimi yazıla bilər, bu yazılış hazırkı qaydalara ziddir. Amma digər tərəfdən bunun bir az yanlış xatırlama olduğunu görmək olar. Siyahıda olan oyunçulara baxın. Zubir, Ozobiç adları və ya soyadları yazılarkən hətta əlifbamız qorunmaqla yanaşı səslənmə də qorunub".

PFL rəsmisinin sözlərinə görə, insan faktorları olan yerdə səhvlər də qaçılmazdır. "Təcrübəmdən deyə bilərəm ki, ad soyad "nickname" futbolçu üçün çox vacibdir, amma qaydalar mütləq izlənməlidir. Komandanın baş məşqçisi hələ Rusiyada oynayanda jurnalistə mənim adım Kurban Kurbanov yox, Qurban Qurbanovdu demişdi. Yəni ad məsələləri hər zaman müzakirədi. Amma qaydalar var və bu qaydalar önəmlidir".

Abbasov onu da əlavə edib ki, bu tip məsələlər AFFA İntizam Komitəsində müzakirə olunur və müvafiq qərarlar çıxarılır.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR