Pikedən Neymara dəstək: "Dostu kimi..."

Pikedən Neymara dəstək:
"Barselona"nın futbolçusu Cerard Pike sabiq komanda yoldaşı Neymara dəstək verib.
 
Sport7.az xəbər verir ki, ingilis mətbuatına müsahibəsində 30 yaşlı ispaniyalı, Neymarla bağlarının güclü olduğunu bildirərər "Dostu kimi, PSJ-yə getmək qərarırnı anlaya bilirəm. "Barselona" tərəfdarı olaraq ayrılığı üzdü, bəzi azarkeşlərin üzüntüsünə səbəb olduğunu da anlayıram" sözlərini işlədib. 
 
Futbolçunun bütün karyerasını bir klubda keçirməsinin çətin olduğunu dilə gətirən Pike "Futbolçular yeni motivasiyaya, mübarizə aparacaq hədəflərə ehtiyac duyur. Neymarı "Ballon d`Or"u qazanmaq istədiyini bilirəm, dolayısı ilə Parisə getməsi və komandasının əsl ulduzu olmaq istəməsi normaldı. Fransada və Çempionlar Liqasında uğurlu olarsa "Ballon d`Or"u qazanmaq üçün fürsət tapar" deyib. 
 
Pike "Barselona"da 4 il rəhbərliyi altında çalışdığı Pep Qvardiolanın dünyanın ən yaxşı baş məşqçilərindən biri olduğunu və "Mançester Siti"də çox gözəl şeylər etdiyini bildirib. Qvardiolanın ingilis futbolunda rekord qırdığını xatırladan müdafiəçi "Ona güvənirəm və "Mançester Siti"də nələr edə biləcəyini bilirəm. Çox yaxşı futbol oynayırlar. Premyer Liqa çempionluğuna ən güclü namizəd onlardı. Ümid edirəm ki, kuboku da qazanarlar. Çempionlar Liqasının finalında "Mançester Siti" ilə oynaya bilsək bu çox gözəl olar" sözlərini söyləyib

Sport7.az

Xəbər lenti