Pikenin durumu haqda yeni məlumat

Pikenin durumu haqda yeni məlumat

"Barselona”nın müdafiəçisi Jerar Pikenin durumuna aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Sevilya” ilə cavab matçında zədələnən ulduz futbolçunun vəziyyəti gözlənilən kimi ürəkaçan deyil.

Görüşdə ikinci qolun müəllifi olan və zədəli halda sona qədər mübarizə aparan 34 yaşlı oyunçunun sağ diz bağlarında dartılma olduğu açıqlanıb. Pikenin nə zaman yaşıl meydanlara dönəcəyi bildirilməsə də, onun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab oyununu buraxması gözlənilir.

"Sevilya” üzərində 3:0 hesablı qələbə qazanan "Barselona” ölkə kubokunda finala yüksəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR