Pikeyə ŞOK

Pikeyə ŞOK
"Barselona" və İspaniyanın müdafiəçisi Cerard Pike Kataloniyanın müstəqilliyini dəstəklədiyi üçün ispan azarkeşlərin tənqid obyektinə çevrilib.
 
Sport7.az xəbər verir ki, futbolçu İspaniya yığması ilə çıxdığı məşqdə azarkeşlər tərəfindən fitə basılıb. "Las Palmas"la oyundan sonra Kataloniya referendumu zamanı baş verənlər haqda danışarkən göz yaşlarını saxlaya bilməyən müdafiəçi məşqdə cəmi 23 dəqiqə tab gətirə bilib. 
 
Təzyiqlər artdığından Pike meydançanı polis müşaiyəti altında tərk etmək məcburiyyətində qalıb. Təcrübəli oyunçu lazım olarsa yığma karyerasına nöqtə qoya biləcəyini açıqlamışdı.
 
Sport7.az

Xəbər lenti