Pilotların maaşları azaldılacaq

Pilotların maaşları azaldılacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2023-cü ildən etibarən pilotların maaşlarına məhdudiyyət qoyulmasını qəbul ediblər.

Sport7.az xəbər verir ki, bu haqda "Daily Mail" yazıb. Sürücülərin məvacibi ildə maksimum 30 milyon ABŞ dolları olacaq.

Bu, yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək üçündür.

Qərar Lüis Hemiltonun "Mercedes"lə yeni müqavilə barədə danışıqları sürətləndirə bilər. Britaniyalı pilot hazırda 45,5 milyon dollar qazanır, lakin məbləğin 52 milyona çatacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR