Pirlonun yeni hədəfi sabiq komanda yoldaşıdı

Pirlonun yeni hədəfi sabiq komanda yoldaşıdı

"Yuventus” hücum xəttini gücləndirmək niyyətindədi.

Sport7.az xəbər verir ki, Turin klubu artıq bir neçə namizədi transfer siyahısına salıb. Onlar arasında "qoca sinyora”nın sabiq forvardı Alvaro Morata da var. Yeni baş məşqçi Andrea Pirlo 2014/15 mövsümündə çiyin-çiyinə çıxış etdiyi ispaniyalını komandada görməkdə maraqlıdır. "Atletiko”nun oyunçusunun keçidinin baş tutması maliyyə vəziyyətindən asılı olacaq. Ön xətdə digər namizəd "Roma”lı Edin Dzekodur.

Morata 2014-2016-cı illərdə "Yuventus”un formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR