Piter Krauç karyerasını bitirdi

Piter Krauç karyerasını bitirdi

"Liverpul"un və İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç karyerasını bitirib.

"Uzun müddət düşündükdən sonra professional futbolçu karyeramı bitirmək qərarına gəldim. Bu gözəl oyun sayəsində bir çox şey qazanmışam. Bu nöqtəyə çatmağıma və uzun müddət yüksək səviyyədə futbol oynamağıma yardımçı olan hər kəsə minnətdaram", - deyə Krauç bildirib.

38 yaşlı forvard karyerasına "Tottenhem"də başlamışdı. Daha sonra Krauç KPR, "Aston Villa", "Norviç", "Sauthempton", "Liverpul" və "Portsmut" kimi klublarda çıxış edib. Onun sonuncu iş yeri "Börnli" olub.

İngiltərə millisinin heyətində 42 matçda meydana çıxan hücumçu 22 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR