"Planım baş tutdu" - Bordin

"Qəbələ"nin baş məşqçisi  Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan təmsilçisi "Uypeşt”ə 361 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra mətbuat konfransı keçirib.

Sport7.az xəbər verir ki, mütəxəssis görüş haqda bunları söyləyib:

"Oyundan və nəticədən çox razıyıq. Futbolçularım buraxılan qoldan sonra özünə gələ bildi. Üç qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Namiqə görə çox üzgünəm. Hələ dəqiq bilmirəm ki, onu nə müddətə itirmişik. Dizindən zədələnib. 3:1 hesablı qələbə heç nəyi təmin etmir. Artıq sabahdan cavab oyununa hazırlaşacağıq.

İlk 10 dəqiqədə də üstün idik, amma ilk hücumdan qol buraxdıq. Şanslarımızı istifadə etmədik. Yaxşı ki, sonda nəticə xeyrimizə oldu.

Əvəzetmələri oyunun gedişinə uyğun edirdim. Bəzi gedişlərim də buna əsaslanırdı. Avantaj tərəfimizə keçəndə müdafiəni gücləndirdim. Planım baş tutdu.

Azarkeşlər mənim üçün əzizdir. Qələbəni onlarla birlikdə qeyd etmək də çox xoş hisslərdi. Əvvəlcə köməkçilərimlə bu sevinci paylaşdım, sonra da futbolçularımla birlikdə azarkeşlərə tərəf getdim.

Müdafiənin mərkəzinin zəif olması ilə razı deyiləm. Çünki qapımıza doğru elə də çox zərbə vurulmadı. İlk qol vəziyyəti istisnadır.

Bütün komanda ilə yaxşı müdafiə olunmağı bacardıq".

Sport7.az

Xəbər lenti